Bakı. Trend:
Azərbaycan, Rusiya, Qazaxıstan, Fələstin, İordaniya, Əlcəzair, Səudiyyə Ərəbistanı, Monqolustan və digər ölkələrdən olan dalğıc-xilasedicilər təlim keçmək və təcrübə mübadiləsi üçün Qırğızıstanın Çolpon-Ata şəhərinə göndərilib.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bununla bağlı Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata əsasən, 7-18 avqust tarixlərində Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) üzv olan ölkələrin xilasetmə xidmətlərinin nümayəndələri Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə nəzəri və praktiki dalğıc dərsləri keçirlər.
Bundan əlavə, tədbir çərçivəsində Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev Dalğıcların Tədris Mərkəzində xarici dalğıc-xilasedicilərlə görüşüb.