...

Maşın dərəyə aşdı - Sürücü öldü

Cəmiyyət Materials 22 Avqust 2023 09:32 (UTC +04:00)
Maşın dərəyə aşdı - Sürücü öldü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yardımlı rayonunda maşın dərəyə aşıb.

Trend xəbər verir ki, hadisə avqustun 21-də rayonun Abidinli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Zeynalov İlqar Əhmədağa oğlu idarə etdiyi "UAZ” markalı minik maşını ilə örüş sahəsində hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi dərəyə düşüb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, sürücünün həmkəndliləri - Zeynallı Seymur Elxan oğlu və Zeynallı İsmət Etibar oğlu xəsarətlər alıb. Sürücü İ.Zeynalov isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti