Bakı. Trend:
Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
"Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi
qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb
müəssisəsinə təxliyə edilib.
Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması
davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın
nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi
rəhbərliyinin üzərinə düşür", - MN-in məlumatında deyilir.