Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan İlqar Akif oğlu Mahmudov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Trend xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
İ.Mahmudov ona göstərilən etimada görə minnətdarlıq edib.
Qeyd edək ki, avqustun 31-i Prezident İlham Əliyev İlqar Akif oğlu Mahmudovun Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə Sərəncam imzalayıb.