...

Bakıda bu marşrutlar gecikir - SİYAHI

Cəmiyyət Materials 5 Sentyabr 2023 09:19 (UTC +04:00)
Bakıda bu marşrutlar gecikir - SİYAHI

Bakı. Trend:

Bu gün səhər pik saatlarında küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar marşrut xətlərində yaranan gecikmələr və intervallar barədə vəziyyət açıqlanıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:

1."Bakı-Sumqayıt şosesi"- "Bakı Beynəlxalq Avtovağzal Kompleksi" - "Moskva prospekti" - "20 Yanvar” dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 20-22 dəqiqə gecikmə müşahidə olunur.

2.Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-20 dəqiqə gecikmə var.

3.Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda “20 Yanvar” dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.

4.Zabrat şosesi – Şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-20 dəqiqə gecikmə qeydə alınır.

5.Heydər Əliyev prospekti - Şəhər istiqamətində (Bağırov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.

6.Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq. Bu səbəbdən 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə var.

7.8 Noyabr prospekti – Şəhər istiqamətində istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən həmin ərazidən keçən 21, 32, 46, 175 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 15-17 dəqiqə gecikmə müşahidə olunur.

8.Yavər Əliyev küçəsi – Aeroport şosesi istiqamətində sıxlıq var. Bu səbəbdən 24, 35, 40, 49, 113, 184, 208, 209 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-20 dəqiqə gecikmə qeydə alınır.

9.Badamdar şosesi, Abbasqulu Abbaszadə küçəsi İzzət Nəbiyev küçəsi istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti