...

Bakı metrosu bu il yeni vaqonlar almayacaq

Cəmiyyət Materials 12 Sentyabr 2023 10:20 (UTC +04:00)
Bakı metrosu bu il yeni vaqonlar almayacaq
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu il yeni vaqonlar alınmayacaq.

Trend xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metroda qrafik dəyişikliyi ilə bağlı keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.

"Bu il sistem təkmilləşdirmələri aparılacaq. Yeni qatarların alınması üçün də işlər aparılır. Hansı ölkədən alınacağına gəldikdə, regiondakı vəziyyətə uyğun olaraq danışıqlar aparılır, buna uyğun olaraq da qərar veriləcək", - o deyib.

Qeyd edək ki, yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq.

Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti