...

Hadrutda 360 şagird yerlik tam orta məktəb binasının layihəsi hazırdır (ÖZƏL)

Cəmiyyət Materials 13 Noyabr 2023 12:30 (UTC +04:00)
Hadrutda 360 şagird yerlik tam orta məktəb binasının layihəsi hazırdır (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad olunmuş Ağdam şəhərində 28 may 2021-ci il tarixində təməli qoyulmuş Ağdam şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisinə başlanılmışdır. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad olunmuş Şuşa şəhərində 12 may 2021-ci il tarixində təməli qoyulmuş Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin tikintisinə başlanılmış, sentyabr 2023-cü ildə təmir-tikinti işləri tamamilə başa çatıb.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 04 oktyabr 2021-ci il tarixində təməli qoyulmuş Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin investor tərəfindən tikinti işlərinə başlanılıb. Tikintinin başa çatması 2024-cü ildə nəzərdə tutulub.

Füzuli şəhərində 960 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə 2022-ci ilin sentyabr ayında başlanılıb. Məktəbin tikinti işləri Özbəkistan Hökumətinin dəstəyi ilə həyata keçirilib, 23 Avqustun 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunmuş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

Şuşa şəhərində Şuşa Realnı Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 may 2022-ci il tarixli sərəncamı imzalanıb. Hazırda Şuşa Real Məktəbinin layihələndirilməsi və bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanmış və tarixi binanın qorunması işləri tamamlanıb. Cari ildə tikinti-bərpa işlərinə başlanılması planlaşdırılır.

Laçın şəhər 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2022-ci il tarixli sərəncamı imzalanıb. Sərəncama əsasən məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanılmış, 25 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümumi təhsil müəssisəsinin açılış mərasimində iştirak edib.

Laçın rayonu Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 22 sentyabr 2022-ci il tarixli sərəncamı imzalanmış və Zabux kəndində 176 şagird yerlik ümumtəhsil məktəb binasında bərpa – gücləndirmə və əsaslı təmir işlərinə başlanılıb. Tikinti işləri tamamilə başa çatıb", - deyə bildirilib.

Bununla yanaşı vurğulanıb ki, Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2022-ci il tarixli sərəncamı imzalanıb. Hazırda Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanır. Tikinti işlərinə cari ildə başlanılması planlaşdırılır.

"Azərbaycan Respublikasının Prezidenti 7 sentyabr 2022-ci il tarixində işğaldan azad olunmuş Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Sərəncam imzalanıb. Hazırda Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisi işlərinə başlanılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 05 may 2023-cü il tarixində Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəbin bərpa layihəsi ilə tanış olublar", - deyə bildirilib.

Həmçinin qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə təmir-tikinti işlərinin davamı olaraq Xocavənd rayonu, Hadrut qəsəbəsində 360 şagird yerlik tam orta məktəb binasının bərpa-gücləndirmə və əsaslı təmiri nəzərdə tutulur. Sərəncam imzalandıqdan və müvafiq vəsait ayrıldıqdan sonra layihə-smeta sənədlərinin hazırlanmasına başlanılacaqdır.

"Füzuli şəhərində layihələndirilməsi və tikintisi nəzərdə tutulmuş Füzuli Peşə Liseyinin 10 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən təməli qoyulub. Tikinti işlərinə cari ildə başlanılması planlaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3722 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsün”də dəyişiklik edilməsi haqqında Sərancıma əsasən Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının tikintisinin layihələndirilməsinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3722 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsün”də dəyişiklik edilməsi haqqında Sərancıma əsasən Ağdam şəhər 2 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinin layihələndirilməsinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3722 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsün”də dəyişiklik edilməsi haqqında Sərancıma əsasən Ağdam şəhər 2 nömrəli 960 şagird yerlik tam orta məktəb binasının tikintisinin layihələndirilməsinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3722 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsün”də dəyişiklik edilməsi haqqında Sərancıma əsasən Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinin layihələndirilməsinə başlanılıb.

Bundan əlavə, Tərtər rayonunun Talış kəndində müasir tələblərə cavab verən 144 şagird yerlik ümumtəhsil məktəbi, 78 yerlik məktəbəqədər təhsil müəssisəsi və Suqovuşan kəndində 144 şagird yerlik ümumtəhsil məktəbi inşa edilərək istismara verilib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində müasir tələblərə cavab verən 288 şagird yerlik tam orta ümumtəhsil məktəbi və 60 yerlik məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istismara verilib", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti