Bakı. Trend:
Yelo Bank-da Azərbaycanın ümummili lideri Heydər Əliyevin anadan
olmasının 100 illiyinə həsr olunmuş konsert baş tutub. “100 illik
simfoniya” adlı təntənəli konsertdə Azərbaycan Dövlət Akademik
Filarmoniyasının müşayiəti ilə Azərbaycanın xalq mahnıları və
tanınmış bəstəkarların əsərləri ifa olunub.
Tədbirin açılışında Yelo Bank İdarə Heyətinin sədri Anar Həsənov
çıxış edədərək qonaqları salamlayıb. O, öz çıxışında ümummilli
lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan konsertin əsas
məqsədinin Azərbaycan mədəniyyətini və ölkəmizin milli musiqi
incilərini geniş təbliğ etmək olduğunu vurğulayıb. Tədbir boyunca
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən
müxtəlif audio və video materiallar nümayiş olunub. Konsertdə bir
çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında Heydər
Əliyevin çox sevdiyi, musiqimizin unudulmaz parçaları
səsləndirilib. İfalar qonaqlar tərəfindən böyük rəğbətlə
qarşılanıb.
Qonaqları təəccübləndirən digər əsas məqam isə konsert kimi böyük tədbirin məhz Bankın ərazisində keçirilməsidir. Belə ki, Yelo Bank-ın baş ofisi 400 nəfərlik böyük tədbir zalına sahibdir. Burada film nümayişi, müxtəlif tanınmış şəxslərin çıxışları və başqa mühüm tədbirlər həyata keçirilir.
Online
kredit almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!