...

Lənkəranda qanunsuz sex işlədən şəxs məsuliyyətə cəlb edildi

Cəmiyyət Materials 27 Noyabr 2023 14:14 (UTC +04:00)
Lənkəranda qanunsuz sex işlədən şəxs məsuliyyətə cəlb edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda qanunsuz ağac emalı ilə məşğul olan sex aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə obyektə baxış zamanı fıstıq və qızılağac növlü ağacların ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin tələblərinin pozularaq emal ediliyi müəyyən edilib.

Sexin sahibi Lənkəran şəhər sakini 1961–ci il təvəllüdlü R.Nəzərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti