...

Xaçmazda növbəti səyyar qəbul Gödəkli kəndində keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2023 17:30 (UTC +04:00)

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Gödəkli kəndində səyyar qəbul keçirib. Qəbulda rayon prokuroru Rəşad Məmmədov və xidmət təşkilatlarının məsul şəxsləri eləcədə Çaykənarı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Çaykənarı və Gödəkli kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Gödəkli kənd tam orta məktəbinin həyətində Şəhidlər Abidə Kompleksinin önünə gül dəstləri düzüblər.

Ümumilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, elekltrik təsərrüfatının yenilənməsi, rabitə, internet və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti