...

Muxtar Babayev Dubayda iqlim dəyişmələri ilə bağlı keçirilən tədbirdə iştirak edib (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2023 17:07 (UTC +04:00)
Muxtar Babayev Dubayda iqlim dəyişmələri ilə bağlı keçirilən tədbirdə iştirak edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində öz işini davam etdirir.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Konfransın 9-cu günü “Gənclər, uşaqlar, təhsil və bacarıqlar” tematik mövzusuna həsr olunub. Bununla əlaqədar konfrans çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda tematik mövzuya uyğun üç paralel tədbir baş tutub. Tədbirlərdə beynəlxalq təşkilatlar və dost ölkələrin nümayəndələri iştirak edib. Azərbaycan pavilyonunda, eyni zamanda, BMT-nin Ətraf Mühit Proqramının icraçı katibi İnqer Andersonla ikitərəfli görüş keçirilib və qarşılıqlı əməkdaşlıq prespektivləri müzakirə olunub.

Qeyd olunan tədbirlərdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib.

Yüksək texnoloji həllərlə təqdim olunan Azərbaycan pavilyonunun konsepsiyası, ölkənin "yaşıl" təşəbbüsləri qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti