Bakı. Trend:
Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.
Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.
Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;
- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrıayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;
- doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;
- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;
- elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.