Bakı. Trend:
Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb.
Trend xəbər verir ki, ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb.
Kərimoğlu bu gün Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.