...

Vətəndaşlara külli miqdarda ziyan vuran şəxs HƏBS EDİLDİ

Cəmiyyət Materials 23 Fevral 2024 19:25 (UTC +04:00)
Vətəndaşlara külli miqdarda ziyan vuran şəxs HƏBS EDİLDİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qubada vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumatıa görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Həşimov saxlanılıb.

O, şəhid ailələrinə, qazilərə, fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20 100 (iyirmi min yüz) manat ziyan vurub.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şaiq Həşimov müğənni Aybəniz Haşımovanın qardaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti