...

Məktəblərə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb

Cəmiyyət Materials 27 Fevral 2024 11:48 (UTC +04:00)
Məktəblərə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyət yerlərinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

İdarədən Trend-ə verilən məlumata görə, müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılıb.

Komissiyanın qəbul etdiyi qərara əsasən 5 ballıq şkalaya uyğun olaraq 3-5 bal nəticə göstərən namizədlər müsahibədən uğurla keçmiş, 0-1,99 bal nəticə göstərən namizədlər uğur qazanmamış hesab olunurlar. 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlərin isə müvafiq təlimlərə cəlb olunduqdan sonra təkrar müsahibəyə dəvət edilməsi nəzərdə tutulur.

Nəticələr barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti