...

Göstəricilər yaxşıdır, amma bu, bizi sakitləşdirməməlidir - Umayra Tağıyeva

Cəmiyyət Materials 28 Fevral 2024 10:52 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il son 10 il ərzində yaxşı göstəricilərlə üzləşdik. Böyük Qafqazın çaylarında sululuq normadan 88 faiz çoxdur. Keçən illə müqayisədə isə 38 faiz çoxdur. Kiçik Qafqaz çaylarında isə sululuq norma göstəricilərdən 35 faiz artıqdır.

Trend xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

"Bunlar yaxşı göstəricilərdir, amma bizi sakitləşdirməli deyil. İqlim dəyişiklikləri nəticəsinə əsasən, su ehtiyatlarının gələcək proqnozları nikbin deyil. Buna görə su ehtiyatlarının səmərəli istifadəsi vacib məsələdir", - deyə nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti