Bakı. Trend:
Kəndlərlə əlaqəli layihə hazırlıyırıq. Bir çox kəndlərdə içməli suyun və kanalizasiya sisteminin özəl şirkətlər tərəfindən qurulması nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.
Agentlik sədri bildirib ki, burada məqsəd özəl sektorun vasitəsilə xidmət verib, ödənişi almaqla insanların təmiz suya əlçatanlığını təmin etməkdir.
"Bu, həm də dövlətin üzərindən yükü azaltmaqdır. Dövlət həmin vəsaiti başqa yerlərdə istifadə edə bilər. Məqsədimiz özəl sektorun gətirəcəyi çevikliyi, effektivliyi və şəffaflığı daha yaxşı səviyyədə insanlara çatdırmaqdır", - deyə o əlavə edib.