Bakı. Trend:
Gələcəkdə də bələdiyyələrin birləşməsi prosesi davam edəcək. Bu, bir çox dövlətlərdə tətbiq olunur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib.
Deputat bildirib ki, bu, Azərbaycan üçün də yeni təcrübə deyil: "Sayca 3-cü birləşmə prosesi gedir. Bu dəfəki birləşmə prosesi mexanizminə görə fərqlənir.
Bələdiyyələr vətəndaşlarımızın yerli səviyyəsdə iştirakının ən əsas təzahürüdür. Bir çox ölkələrdə bələdiyyələr əhaliyə ən yaxın qurum kimi çıxış edir. Bələdiyyələr eyni zamanda hakimiyyətin daha üst səviyyələrinə kadr hazırlığı kimi mühüm rol oynamalıdır”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, komitənin bu gün keçirilən iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilir.