...

Naxçıvanda ikimərtəbəli evdə yanğın olub

Cəmiyyət Materials 8 Mart 2024 10:36 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvanda ikimərtəbəli evdə yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əylis kəndində ümumi sahəsi 360 m² olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 29 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti