...

Azərbaycanda qohum evliliyi qadağan OLUNA BİLƏR

Cəmiyyət Materials 12 Mart 2024 11:46 (UTC +04:00)
Azərbaycanda qohum evliliyi qadağan OLUNA BİLƏR
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qohum evlilikləri dünyada yayılan bir problemdir.

Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov qohum nikahları ilə bağlı ictimai dinləmədə çıxış edərkən deyib.

“Əmi, dayı, xala uşaqları arasında nikah təəssüf ki, yayılan bir haldır. Bunun bir çox səbəbi var. Bəzi yerlərdə bununla fəxr edirlər ki, biz yalnız qohumla evlənirik. Çoxluq qohum nikahlarının qadağan olunmasının tərəfdarıdır. Bu məsələdə vəziyyət göstərir ki, uzun illər maarifləndirmə tədbirləri aparılır. Amma məsələ hələ də qalır və dövlətə, cəmiyyətə mənfi təsirini davam etdirir. Dövlətin qabağa keçərək, bu məsələni qadağa etməsi zəruri ola bilər”,- deyə o, bildirib.

Qeyd edək ki, 2021-ci ildə 2363 qohum evliliyi qeydə alınıb. Onların 204-ü boşanma ilə nəticələnib. 2022-ci ildə isə 2542 evlilik idi, 608 boşanma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti