...

Erkən nikahla mübarizədə qanunvericilikdə boşluqlar var - Taliyə İbrahimova

Cəmiyyət Materials 12 Mart 2024 11:59 (UTC +04:00)
Erkən nikahla mübarizədə qanunvericilikdə boşluqlar var - Taliyə İbrahimova
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Erkən nikahla mübarizədə qanunvericilikdə boşluqlar var.

Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.

“Təbii ki, Ailə Məcəlləsində yaxın qohumlar arasında nikah qadağa edilir. Amma reallıq çox fərqlidir. Geniş araşdırmaların aparılmasına ehtiyac var. Qohum nikahlarının əlilliyə təsiri düz mütənasibdir. Qohum evliliyi nəticəsində əlil doğulan uşaqların statistikasının aparılmasına ciddi ehtiyac var. Komitəyə olunan müraciətlər əsnasında məlum olur ki, qız uşaqlarını məcbur edirlər ki, qohuma ərə getsin. Atalar hesab edir ki, bununla qız uşaqlarının təhlükəsizliyini təmin edir. Bu çox önəmli məsələdir.

Cəmiyyətdə belə bir yanaşmada var ki, yaxşı, tərbiyəli qızları qohumlar alır. Qız gec evlənirsə, deməli problem var ki, onunla qohum evlənməyib. İctimaiyyətin bu məsələyə barışmazlığını formalaşdırmayıq. Necə ki, erkən nikahları qəbul etmirik, qohum evliliklərini də qəbul etməməliyik”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti