...

Qohum nikahı ilə yanaşı, bölgə nikahı da var - Deputat

Cəmiyyət Materials 12 Mart 2024 12:13 (UTC +04:00)
Qohum nikahı ilə yanaşı, bölgə nikahı da var - Deputat
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qohum nikahı ilə yanaşı, bölgə nikahı da var. Deyirlər ki, bu rayondan başqa hardasa, kimləsə evlənə bilməzsən.

Trend xəbər verir ki, Millət vəkili Fazil Mustafa qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.

“Cəmiyyətdə başqa dindən, millətdən də evliliyə pis baxılır. Oğlan gedir başqa millətdən qızla evlənir. Anası tez zəng edir çağırır ki, gəl burda bibin qızıyla evlən, bizə baxan olsun. Biz bu sosiallaşma məsələsi üzərinə gəlməliyik. Dövlət cəhalətlə, xurafla hesablaşmamalıdır.

Qadının sosiallaşma tədbirləri haradır? Onun mədəni sosiallaşma mühiti yoxdur. Ancaq toyda, xınada sosiallaşa bilir. İndi münasibət darlığı var. Ona görə kimisə kəşf eləmək olmur. Əvvəllər qohum evlilikləri edənlər boşana bilmirdi. Ailədaxili şiddət olanda belə deyilirdi, siz qohumsuz boşana bilməzsiz”,- deyə o, bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti