...

Amerikanın 24 ştatında qohum evliliklər qadağan olunub - Deputat

Cəmiyyət Materials 12 Mart 2024 12:19 (UTC +04:00)
Amerikanın 24 ştatında qohum evliliklər qadağan olunub - Deputat
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın qohum nikahları qan xəstəliklərin, valideynlər arasında bioloji qohumluq nə qədər yaxın olarsa, onların övladlarına bir və ya daha çox zərərli genin eyni nüsxələrinin keçməsi ehtimalı bir o qədər yüksək olur.

Trend xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin Sədri Zahid Oruc qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.

O qeyd edib ki, dördüncü dərəcəli qohumların genlərinin 12.5 faizinin (1/8) ortaq olacağı ehtimal olunur, bununla da orta hesabla onların birgə nikahdan olan övladları 6.25 faiz (1/16) iki eyni gen cütünə (homoziqot) malik olur.

“Haşiyə çıxaraq, qanunvericilikdə qohum nikahların dərəcəsi 1 və 2-ci qohumluğa aid edilsə də, 3 və 4 cü qohumlqu dərəcəsini əhatə etmir. Digər tərəfdən, nişanlanma ilə bağlı hüquqi məsuliyyət müəyyən olunmayıb. Ona görə də bir dövlət rəsmi təmsilçilərinin məlumatına istinad etsək, erkən yaşda nişanlanma azyaşlıların qanunla müəyyən edilmiş nikah yaşına çatana qədər artıq faktiki nikah münasibətlərinə daxil edilməsinə səbəb olmaqla bu cür şəxslərin cinsi istismara məruz qalmasına şərait yaradır. 2022-ci ilə olan məlumatlarına əsasən, 2022-ci ildə 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2011 uşaq dünyaya gətirilmiş, bunlardan 1880-i həmin qadınların birinci, 120-si həmin qadınların ikinci, 11-i isə üçüncü uşağı olub.

Göründüyü kimi, belə statistikanın üzərində hakimiyyət institutları müxtəlif qərarlar qəbul edə bilər.
Bəs, hansı tədbirlər, inzibati, yoxsa, maarifləndirmə çıxış yoludur? Qadağalar hansı nəticəni doğurur?Amerikanın 24 ştatında qohum evliliklər qadağan olunub.

Hansı çıxış yolları təklifləri dünyada geniş tətbiq edilir-ilk növbədə, ailənin maliyyə vəziyyətinin yaxşılaşdırılması, səhiyyə sahəsində ictimaiyyətin məlumatlandırılması və qadınlar üçün ali təhsil qohumluq nisbətlərini azalda bilər. Digər tərəfdən, ən çox rast gəlinən genetik pozuntuları müəyyən etmək üçün nikahdan əvvəl genetik müayinə təklif edilməlidir. Həkimlər eşitmə qüsuru, talassemiya, kistik fibroz, əqli gerilik və s. kimi qohumlarla əlaqəli xəstəliklərə diqqət yetirməlidir. Risk altında olan ailələr üçün genetik məsləhət xidmətləri təmin edilməlidir”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti