...

Su problemlərinin həlli də mühüm vəzifələrdən biridir - Baş nazir

Cəmiyyət Materials 15 Mart 2024 11:32 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Deputatları narahat edən pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üzrə problemlərin həlli ilə bağlı mülkiyyət sənədləri almayan vətəndaşlardan 53 min 516 nəfərin müraciəti daxil olub ki, onlardan 47 min 509 müraciət üzrə (~90%) dövlət qeydiyyatı aparılmış və mülkiyyət sənədləri verilib.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli də mühüm vəzifələrdən biridir.

“Su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilmişdir.

Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 466 min hektar sahədə orta hesabla 3,4 dəfə suvarılmışdır.
2023-cü ildə əsas su anbarlarında suyun həcmi 13,3 milyard kubmetr təşkil etmişdir ki, bu da 2022-ci illə müqayisədə 2.2 milyard kubmetrdən çoxdur.
Ötən il su sahəsində fəaliyyət göstərən qurumlarda institusional, struktur islahatlarının aparılması su ehtiyatlarından səmərəli istifadəyə və su təsərrüfatının təkmil idarə olunmasına ciddi töhfə verəcəkdir”, - deyə Baş nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti