...

İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 29 Mart 2024 15:00 (UTC +04:00)
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Bakı. Trend:

23-25 aprel 2024-cü il tarixlərində Bakı şəhərində “İnformasiya Texnologiyaları və Onların Tətbiqi” üzrə 2-ci beynəlxalq konfrans (ITTA’2024) keçiriləcək.

Konfrans Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.

Beynəlxalq konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektorlardan olan nümayəndələri bir araya gətirərək informatika sahəsində mövcud elmi və praktiki problemlərin müzakirə edilməsidir.

Konfransın əsas elmi istiqamətləri aşağıdakılardır:

Tikinti və memarlıqda informasiya texnologiyaları (o cümlədən ağıllı bina, ağıllı kənd, ağıllı şəhər);

Süni intellekt və onun tətbiqləri;

Böyük verilənlərin emalı problemləri və üsulları;

Paralel hesablama;

Siqnalın işlənməsi problemləri və üsulları;

Mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları;

İntellektual idarəetmə sistemləri;

İntellektual informasiya sistemləri;

Kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri;

Təhsildə informasiya texnologiyalarının tətbiqi.

Konfransın işçi dili: ingilis dili

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://itta.cyber.az

Xəbər lenti

Xəbər lenti