...

Xocalı soyqırımı qurbanlarının nəşlərinin qalıqları Xocalıda dəfn edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 31 Mart 2024 11:15 (UTC +04:00)
Xocalı soyqırımı qurbanlarının nəşlərinin qalıqları Xocalıda dəfn edilib (FOTO/VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Xocalı. Trend:

Bu gün Xocalı soyqırımı qurbanlarının tapılmış nəşlərinin qalıqları Xocalıda dəfn edilib.

Bu barədə Trend-in Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir.

Dəfn mərasimində rəsmi şəxslər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Xocalıda kütləvi məzarlıqda 21 nəfərin qalıqları aşkar edilib. Onlardan 9-nun adları məlum olub.

Həmin şəxslər aşağıdakılardır:
(Xocalı rayon sakinləri) 1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il 2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il 3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il 4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il 5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935 6. Nəcəfov Şiraslan Məmiş oğlu - 1952-ci il təvəllüdlü
(Xankəndi şəhər sakinləri) 7. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il 8. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il 9. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

İstintaq materiallarına əsasən, qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Xatırladaq ki, Xocalı soyqırımında itkin düşən Akif Mahmudovun nəşinin qalıqları isə yaxınlarının istəyi ilə martın 27-də Ceyranbatan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunmuşdu.

Xəbər lenti

Xəbər lenti