Bakı. Trend:
Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, ayrı-ayrı
yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək
güclənəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur.