...

Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırılıb

Cəmiyyət Materials 23 Aprel 2024 17:45 (UTC +04:00)
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarına Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir.

ADY-dən Trend-ə bildirilib ki, təmir-yenidənqurma işlərinin aparılması ilə bağlı hazırda qatarların Tovuz stansiyasında dayanması mümkün deyil.

“Yaxın aylarda təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və stansiya yenidən sərnişinləri qəbul edəcək”, - məlumatda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti