Bakı. Trend:
Nardaran bağ massivi ərazilərinə içməli su kəsiləcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, magistral su kəmərində aparılan təmir işlərilə əlaqədar mayın 28-29-da Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.