Bakı. Trend:
Bizi doğma yurdumuz Şuşaya qaytardığı üçün Prezidentimizə təşəkkür edirik.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Kərimov Vəli deyib.
Onun sözlərinə görə, bu gün doğma Şuşaya qayıtdığı üçün çox sevinir.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Azərbaycanın hər bir yeri bizə vətəndir. Amma doğma yurdumuz bizim üçün daha əzizdir. 24 il yaşadığım Şuşada çalışacaq, ömrümü davam etdirəcəyəm", - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Şuşa şəhərinə 15 ailə - 57 nəfər yola salınıb. Beləliklə Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin daimi məskunlaşması təmin edilib.