...

Qazaxın azad edilən 4 kəndində minatəmizləmə ilə bağlı aparılan işlər açıqlandı

Cəmiyyət Materials 31 May 2024 12:39 (UTC +04:00)
Qazaxın azad edilən 4 kəndində minatəmizləmə ilə bağlı aparılan işlər açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxın işğaldan azad edilən 4 kəndində minatəmizləmə ilə bağlı aparılan işlər açıqlanıb.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

“Biz tapşırıqlara uyğun işləyirik. Tapşırıq gəldikdə dəyərləndiririk. Texnika və avadanlıqlar ayırırıq. Həmin ərazilərə hazırda ANAMA-nın 2 minatəmizləmə maşını cəlb olunub", - deyə o bildirib.

Qeyd edək ki, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Trend-ə açıqlamasında bildirib ki, Qazaxın işğaldan azad olunmuş kəndlərində tapılan minalar Ermənistan istehsalıdır.

Xəbər lenti

Xəbər lenti