...

DİN-dən “Son Zəng”lə bağlı ÇAĞIRIŞ

Cəmiyyət Materials 13 İyun 2024 13:06 (UTC +04:00)
DİN-dən “Son Zəng”lə bağlı ÇAĞIRIŞ
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcək.

Daqxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla, iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.

Qeyd edilib ki, bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq:

"Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər.

Avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti