...

Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Cəmiyyət Materials 26 İyun 2024 23:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çaylarda faktiki vəziyyət açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Vurğulanıb ki, iyunun 26-sı saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qudiyalçayda suyun səviyyəsi 10, Vəlvələçayda 7, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayda 7, Lənkəran -Astara bölgəsi ərazisindən axan Lənkərançayda 47, Viləşçayda 33, Təngərüdçayda isə 2 sm artıb. Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, hazırda Oğuz rayonu ərazisindən axan Əyriçaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti