...

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür etdi (VİDEO)

Cəmiyyət Materials 27 İyun 2024 02:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür edib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

"Can Azərbaycandan bizim uşaqlara tam dəstək! Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri milli futbol komandamızın 2:1 hesabı ilə qalib gəldiyi Çexiya matçını böyük həvəslə izləyib və Cenk Tosunun qələbə qoluna sevinib. Sağ ol, can Azərbaycan, sağ olun, Qarabağ aslanları. Biz həmişə birik!", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti