...

Sertifikatlaşdırma imtahanlarında iştirak edən müəllimlərin sayı açıqlandı

Cəmiyyət Materials 27 İyun 2024 14:57 (UTC +04:00)
Sertifikatlaşdırma imtahanlarında iştirak edən müəllimlərin sayı açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2022-2024-cü illər üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında 64.5 min müəllim iştirak edib.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma-2024: Peşəkar müəllim- Keyfiyyətlə təhsil” adlı konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, prosses digər fənnlərlə davam edəcək.

Qeyd edək ki, iyunun 24-də xarici dil (alman dili, fransız dili, rus dili və ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rus bölməsi), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma prosesinin test mərhələsində iştirak ediblər. Daha əvvəl riyaziyyat və ingilis dili müəllimləri ilk dəfə sertifikasiyaya cəlb olunublar.

Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris fənni üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunub.

Xəbər lenti

Xəbər lenti