Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 100 yaşını qeyd edən Aşağı Zeyid kənd sakini Məhəmməd Məmmədovu evində ziyarət edib.
İcra başçısı yubilyarı təbrik edib, xoş arzularını çatdırıb.
1941–1945-ci illər İkinci Dünya müharibəsinin iştirakçısı olan Məhəmməd Məmmədov ikiqat sevincli olduğunu bildirib. Göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə edib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 100 yaşlı Məhəmməd Məmmədovla birlikdə doğum günü tortunu kəsib, yubilyara xatirə hədiyyələrini təqdim edib.