Bakı. Trend:
Bu gün doğma Cəbrayıla getməyin sevincini yaşayıram və şəhidlərimizin qanı bahasına geri qaytarılan yurdumuzda yaşamaq mənim üçün böyük şərəfdir.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Aydın Əliyev deyib.
Onun sözlərinə görə, 1993-cü ilin avqust ayında Cəbrayılı tərk etmək məcburiyyətində qalıb. Doğma yurdu məcburi şəkildə tərk etmək çox ağrılı idi.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bu gün bizə qismət olub və biz Cəbrayıla gülərüzlə, sevinclə qayıdırıq. Bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarını arzulayıram", - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün ilk olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.