Bakı. Trend:
Qatarların vaqonlarının pəncərələrindən zibil atanlar üçün cərimələr kəskin artırılır.
Trend-in əbərinə görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə 30 manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 manat məbləğində cərimə ediləcək.