...

Taksi xidmətində 5.25 milyon sərnişin azalması qeydə alınıb - AYNA sədri

Cəmiyyət Materials 10 Oktyabr 2024 10:38 (UTC +04:00)
Taksi xidmətində 5.25 milyon sərnişin azalması qeydə alınıb - AYNA sədri
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Taksi ilə bağlı həyata keçirilən tənzimləmələr artıq sərnişinlərin xüsusən də qısamüddətli səfərlərdə tədricən ictimai nəqliyyata keçməsi ilə nəticələnib.

Trend xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

O qeyd edib ki, bu il ötən illə müqayisədə xeyli irəliləyiş qeydə alınıb.

"Avtomobilə yaş məhdudiyyəti və minimum qiymət artımı tətbiq olunub. Taksi qanunvericiliyi qəbul olunub. Buna əsasən, mövcud taksilərə 15 il yaş qadağası, yeni taksilərin yaşı 8 il olmalıdır. Tələb olunan qurğular video kamera, POS terminal, avtomobilə rəng tələbləridir. Qanunvericiliyin mərhələli şəkildə tətbiqinə 2024-cü ilin aprelində başlanılıb. 2024-cü ilin sentyabrından 16 yaşlı taksilərin fəaliyyəti məhdudlaşdırılıb.

Artıq əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, 5.25 milyon sərnişin azalması qeydə alınıb. Onlardan 50% avtobusa, 20% metroya keçid edib. Orta qiymət 2.2 manat artıb. Parkın orta yaşı ötən il 14.6 il idisə hazırda 9 ildir. Orta səfər məsafəsi 34% artıb. Bununla yanaşı taksinin orta təqdim olunma vaxtı 1.2 dəqiqə artıb", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti