...

Bank Respublika və Sabah FK ağacəkmə aksiyası keçirdi (FOTO)

Cəmiyyət Materials 14 Oktyabr 2024 12:39 (UTC +04:00)
Bank Respublika və Sabah FK ağacəkmə aksiyası keçirdi (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, “Yaşıl Dünya üçün Həmrəylik İli” çərçivəsində növbəti aksiya həyata keçirib.

Belə ki, Bankın əməkdaşları futbol üzrə ölkə çempionatının aparıcı klublarından biri olan “Sabah” FK futbolçuları ilə birgə Masazırda yerləşən “Bank Respublika Arena”nın ətrafında yerli iqlim şəraitinə uyğun 100-ə yaxın ağac əkiblər.

Bankdan bildirilib ki, aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın yaranmasına, ətraf mühitin qorunmasına kömək etmək, gənc nəsillərin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.

Qeyd edək ki, Bank Respublika mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir. Bank həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərən müəssisələri maliyyələşdirir və müxtəlif ekoloji layihələri dəstək göstərir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti