...

Bakıda Yeni il yarmarkaları təşkil ediləcək? - AÇIQLAMA

Cəmiyyət Materials 11 Dekabr 2024 14:23 (UTC +04:00)
Bakıda Yeni il yarmarkaları təşkil ediləcək? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə ildir ki, metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmur.

Bəs bu il necə olacaq?

Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu il də Yeni il yarmarkalarının təşkil edilməsi gözlənilmir.

Qeyd edək ki, bir neçə il qabaq Bakıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə metrostansiyaların qarşısında bayram yarmarkaları qurulurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti