...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “2024 Imperial Springs” Beynəlxalq Forumunun rəsmi tərəfdaşıdır (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2024 20:20 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “2024 Imperial Springs” Beynəlxalq Forumunun rəsmi tərəfdaşıdır (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Imperial Springs” Beynəlxalq Forumu 2014-cü ildən etibarən qlobal məsələlər ilə bağlı qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edən yüksək səviyyəli platforma kimi fəaliyyət göstərir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, 11-12 dekabr 2024-cü il tarixlərində, İspaniyanın Madrid şəhərində baş tutan Forumda 40-dan çox ölkədən 100-dən çox siyasi lider, beynəlxalq ekspertlər, o cümlədən keçmiş dövlət və hökümət başçıları, və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Tədbirin açılış mərasimində Çin Respublikasının Sədri Si Cinpinin müraciəti səsləndirilib. Onun sözlərinə görə: “Dünya multilateralizmin əsas dəyərlərinə və əsas prinsiplərinə sadiq qalmağa həmişəkindən daha çox ehtiyac duyur”.

Forumda “Qlobal əməkdaşlığın genişləndirilməsi: bəşəriyyət üçün ortaq gələcəyin formalaşdırılması”, “İnkişaf üçün Maliyyələşdirmə, Dayanıqlı İnkişaf Məqsədlərinin tam həyata keçirilməsinə doğru”, “Qlobal Strateji Sabitlik” "Gələcəyin Paktı və COP29" kimi mövzularda sessiyalar keçirilib.

Forumun əsas tərəfdaşlarından olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, həmsədri Dr. İsmayıl Serageldin, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqariyanın sabiq Prezidentləri Petar Stoyanov və Rozen Plevneliyev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın BMT-də Daimi Nümayəndəsi və sabiq Baş naziri Zlatko Laqumdziya, Moldovanın sabiq Baş naziri Kiril Qaburiçi, Belçikanın sabiq Baş naziri İv Leterme Gürcüstanın sabiq baş nazirinin müavini xanım Eka Tkeşelaşvili, BMT Baş Assambleyasının 77-ci Prezidenti Ksaba Korosi, 73-cü Prezidenti Maria Fernanda Espinoza, YUNESKO-nun xoşməramlı səfiri Hedva Ser tərəfindən təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti