...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Cenevrədə növbəti Ali-Səviyyəli Toplantısı işə başlayıb (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2025 19:02 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Cenevrədə növbəti Ali-Səviyyəli Toplantısı işə başlayıb  (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində keçirilən 31-ci Ali-Səviyyəli Toplantı BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində keçirilir.

Trend xəbər verir ki, 16-17 yanvar tarixlərini əhatə edəcək Toplantı 40-dan çox nüfuzlu liderlərləri bir araya gətirib. Toplantıda 25-dən çox ölkəni təmsil edən sabiq dövlət və hökümət başçıları, beynəlxalq təşkilat rəhbərləri iştirak edir.

Qeyd edək ki, Toplantının açılış mərasimi Mərkəzin həmsədri, xanım Vayra Vike-Frayberqa; BMT-nin Cenevrə Ofisinin Baş Direktoru, xanım Tatyana Valovaya; Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Dr. Tedros Adanom Qebreisus; Beynəlxalq Telekommunikasiya İttifaqının Baş Katibi, xanım Dorin Boqdan Martin; Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, COP29 Prezidenti Muxtar Babayev və Finlandiyanın sabiq prezidenti xanım Tarya Halonenin çıxışı ilə baş tutub.

Bundan əlavə, Toplantı “İnkişaf etməkdə olan ölkələr üçün DİM-lərin maliyyələşdirilməsi”, “COP29: Vəddən Tərəqqiyə”, “Sağlamlıq və İqlim Dəyişikliyi Yaşıl Rəqəmsal Fəaliyyətin Tətbiqi” kimi qlobal mövzuları əhatə edir. Toplantı, həmçinin bu il baş tutacaq 12-ci Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

Xatırladaq ki, bu Toplantı Mərkəzin BMT Cenevrə ofisi ilə birgə təşkil etdiyi 4-cü toplantıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti