Bakı. Trend:
Azərbaycan 2030-cu ilədək 20 ədəd sərnişin qatarı alacaq.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.
Dövlət Proqramına əsasən, 2025−2030-cu illər ərzində satınalmaya dair şərtlər toplusu hazırlanacaq, satınalmanın keçiriləcək və təchizatçı ilə müqavilə imzalanacaq, 10 ədəd sərnişin qatarı istismara buraxılacaq, daha sonra daha 10 ədəd sərnişin qatarı istismara buraxılacaq.