Bakı. Trend:
Hava şəraiti ilə əlaqədar olaraq Bakıda bir sıra yollarda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
"Qarlı hava şəraiti səbəbindən Zığ dairəsi-Hava Limanı, Buzovna-Zağulba yollarında, Mərdəkan şosesində və Heydər Əliyev prospektində endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb", - NİİM-dən bildirilib.