...

Yüksək keyfiyyətlərə malik olan gənc hakimlərin sayı ildən-ilə artır - Ramiz Rzayev

Cəmiyyət Materials 28 Fevral 2025 09:51 (UTC +04:00)
Yüksək keyfiyyətlərə malik olan gənc hakimlərin sayı ildən-ilə artır - Ramiz Rzayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Yüksək keyfiyyətlərə malik olan, bilik və bacarıqlarını daim təkmilləşdirən, çağdaş dövrün tələblərinə cavab verən vərdişlər qazanan gənc hakimlərin sayı ildən-ilə artır.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Hakimlərinin ilk Forumunda Hakimlər İttifaqının sədri Ramiz Rzayev deyib.

O bildirib ki, məhkəmələrin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi və cəmiyyətin gözləntilərinə cavab verməsi üçün yüksək mənəvi keyfiyyətlərə, geniş hüquqi və sosial biliklərə malik olan, müstəqil, ədalətli, məsuliyyətli və vicdanlı hakimlər fəaliyyət göstərməlidir.

"Sevindirici haldır ki, bu keyfiyyətlərə malik olan, bilik və bacarıqlarını daim təkmilləşdirən, çağdaş dövrün tələblərinə cavab verən vərdişlər qazanan gənc hakimlərimizin sayı ildən-ilə artır.

Bugünkü Konfrans zamanı bir çox aktual və böyük maraq doğuran mövzulara, xüsusilə də məhkəmə-hüquq sahəsində tətbiq olunan yeniliklərə və hakimlərin gündəlik fəaliyyətlərində rastlaşdıqları problemlərə toxunulacaqdır. Burada müasir dövrdə ədalət mühakiməsi qarşısında duran yeni çağırışlar, o cümlədən cinayət, mülki, kommersiya və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi və onun səmərəliliyinin artırılması, bu sahələrdə aparılan islahatlar, məhkəmələrin praktiki fəaliyyətlərinin yeni yanaşmalar tətbiq etməklə təkmilləşdirilməsi və digər praktiki məsələlər müzakirə olunacaqdır", - o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan Hakimlər İttifaqı təsis edildiyi tarixdən hal-hazıradək ötən dövr ərzində ölkənin müxtəlif regionlarında hakimlər üçün aktual olan mövzular üzrə seminar və təlimlər keçirilmiş, hakimlərin peşəkar inkişafı, habelə onların asudə vaxtlarının təşkili istiqamətində mühüm işlər görülüb:

"Görülmüş tədbirlərə dair müfəssəl hesabat diqqətinizə bir qədər sonra təqdim ediləcəckdir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, sevindirici haldır ki, qısa müddət ərzində aparılmış məqsədyönlü fəaliyyət nəticəsində 93 ölkənin hakimlər birliklərini özündə birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının 2025-ci ildə Bakı şəhərində keçirilməsinə nail olunmuşdur. Azərbaycanın bu tədbiri keçirmək hüququnu qazanması ölkəmizin qlobal nüfuzunun göstəricisi, beynəlxalq hüquq ictimaiyyəti tərəfindən onun məhkəmə sisteminə olan inam və etimadının əyani təzahürüdür".

Qeyd edək ki, bu gün bakıda Azərbaycan Hakimlərinin ilk Forumu keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti