...

Bu gün AZƏRTAC-ın 105 yaşı tamam olur

Cəmiyyət Materials 1 Mart 2025 10:53 (UTC +04:00)
Bu gün AZƏRTAC-ın 105 yaşı tamam olur
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AZƏRTAC agentliyi 105 yaşını qeyd edir.

Trend xəbər verir ki, 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AZƏRTAC ilk milli xəbər agentliyi kimi mürəkkəb, çətin və şərəfli yol keçib.

Həmin il martın 2-də "Azərbaycan” qəzetində AzərTac imzası ilə ilk xəbərlər dərc olunub. Təəssüf ki, Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bilib.

AXC-nin süqutundan sonra agentlik Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərib və 70 il ərzində adı 7 dəfə dəyişdirilib, xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşib. Lakin buna baxmayaraq, agentlik üzərinə düşən tarixi missiyanı çətinliklə olsa da, axıradək yerinə yetirib.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra agentliyin tarixi adı qaytarılıb - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlayıb. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb.

AZƏRTAC hazırda səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır.

Trend Beynəlxalq İnformasiya Agentliyi olaraq AZƏRTAC-dakı həmkarlarımızı təbrik edir, onlara yeni uğurlar arzu edirik!

Xəbər lenti

Xəbər lenti