...

Qarlı havalar vaxtı baş verən qəzalar nəticəsində neçə işıqfora ziyan dəyib?

Cəmiyyət Materials 1 Mart 2025 11:10 (UTC +04:00)
Qarlı havalar vaxtı baş verən qəzalar nəticəsində neçə işıqfora ziyan dəyib?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt ərazisində soyuq hava şəraitinin başladığı gündən 26 fevral tarixinə qədər qəzalar zamanı 5 işıqfor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyi məsələsi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin daim diqqətindədir.

"Xüsusilə də qarlı havalarda, buzlu yol şəraitində baş verən hadisələr zamanı sıradan çıxan svetoforların yeniləri ilə əvəz edilməsi işləri aparılır, texniki nasazlıq səbəbindən yaranan problemlər qısa müddət ərzində həll edilir.

Hazırda da paytaxt yollarında svetoforlar diqqətdə saxlanılır, mütəmadi olaraq ərazilərə həm müşahidə kameraları vasitəsi ilə, həm də yerində baxış keçirilir", - mərkəzdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti