...

Xaçmazın Yalama kəndində od çərşənbəsi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 4 Mart 2025 19:19 (UTC +04:00)
Xaçmazın Yalama kəndində od çərşənbəsi qeyd olunub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzindən 50 kilometr aralıda, Yalama kəndində Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi təntənə ilə qeyd olunub.

Trend xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Bayram şənliyində Od çərşənbəsinin rəmzi olan tonqal qalanıb, şeirlər, şən musiqilər səsləndirilib, rəngarəng rəqs nömrələri bir-birini əvəz edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tədbir iştirakçılarını təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb.

Tədbirdə adət-ənənələrimizi əks etdirən milli atributlar və əşyalardan ibarət sərgilər təşkil olunub. Bahar qızının özünə məxsus bayram təbriki, Kosa və Keçəlin şən zarafatları, folklor qrupunun çıxışları maraqla izlənilib. Qonaqlar bayram süfrəsi ilə tanış olub, milli təamlardan və şirniyyatlardan dadıblar.

İştirakçılara Od çərşənbəsi haqqında ətraflı məlumat verilib və bu çərşənbənin insanlar tərəfindən oda, günəşə olan inamdan irəli gələrək illərdir qeyd edildiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti