...

Xocalının Ballıca kəndində uzun illərdən sonra Od çərşənbəsi tonqalı qalanıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 4 Mart 2025 22:45 (UTC +04:00)
Xocalının Ballıca kəndində uzun illərdən sonra Od çərşənbəsi tonqalı qalanıb (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ballıca. Trend:

İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalının Ballıca kəndində də qeyd olunub.

Trend-in bölgə müxbiri xəbər verir ki, Ballıca kəndinə köç edən ailələr çərşənbə tonqalı qalayıblar.

Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Sakinlər bildiriblər ki, bu gün Xocalıda və Ballıca kəndində qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti